İqtisadiyyat Nazirliyi Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaratmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib.
“Mərkəz şirkətlərimizə məhsuldarlığını və rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaları və prosesləri rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, novatorlarımız Mərkəzdə rəqəmsal yeniliklərini nümayiş etdirə biləcək. Biz həmçinin bütün rəqəmsallaşdırma və innovasiya prosesində şirkətlərimizə kömək edəcək inteqrasiya olunmuş dəstək proqramını işə salmağı planlaşdırırıq. İnnovasiyanı bir proses kimi gördüyümüz üçün konsepsiyadan inkişafa və inkişafdan tətbiqə qədər bütün prosesdə sahibkarlarımızın və yenilikçilərimizin yanında olacağıq.
Bundan əlavə, biz cəmiyyətə və hökumətə fayda gətirəcək Şəhərlərin Rəqəmsal Ekisizi (City Digital Twins) kimi yeni texnologiyaları yaxından izləyirik. Ölkəmizin tərəqqisində ixtisaslı rəqəmsal işçi qüvvəsinin əsas rolunu dərk edərək, digər nazirliklər və hökumət orqanları ilə sıx əməkdaşlığa başlamışıq. Kollektiv səyimiz rəqabətədavamlı insan kapitalı və müasir innovasiya məkanı kimi milli prioritetimizlə uyğunlaşaraq, ölkəmizdə rəqəmsal istedadların yetişdirilməsinə və genişləndirilməsinə yönəlib”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:41 / 30.11.2023
Bakıda Rəqəmsal İmkanlar Mərkəzi YARADILACAQ
Hazırda oxunan: Bakıda Rəqəmsal İmkanlar Mərkəzi YARADILACAQ
Hazırda oxunan: Bakıda Rəqəmsal İmkanlar Mərkəzi YARADILACAQ
166812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.