Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Skopyedə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində keçirilən görüşdə tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində son hadisələri müzakirə ediblər.
Bizim.Media