"Ukrayna Silahlı Qüvvələri faktiki olaraq NATO ordusuna çevrilir".
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.
O, müharibənin dalana dirənmədiyini bildirib.
Nazir əlavə edib ki, Ukraynanın bütün ərazisi üzərində nəzarəti geri qaytarmasının alternativi yoxdur.
Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyini təkrarlayıb. O bildirib ki, bütün müttəfiqlər Ukraynanın Alyansa üzv olmasına inanırlar.
Qeyd edək ki, bu gün Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclasıdır.
Bizim.Media