Aynur Dadaşova: “Bacıma görə evimi və bağımı dəyər-dəyməzinə satdım” – VİDEO 

Aynur Dadaşova: “Bacıma görə evimi və bağımı dəyər-dəyməzinə satdım” – VİDEO 

Hazırda oxunan: Aynur Dadaşova: “Bacıma görə evimi və bağımı dəyər-dəyməzinə satdım” – VİDEO 

166620

Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində bildirib ki, pandemiya dövründə mülklərini satmaq məcburiyyətində qalıb. 

“İnsan tək olanda hər şey çətin olur. Özü də xanım olanda daha çətin olur. Yenə kişi başqa işlərdə gedib çalışa bilir. Pandemiya dövrü mənim üçün çox çətin oldu. Belə ki, bağımı və yaşadığım evi dəyər-dəyməzinə satdım. O ərəfələrdə dünyasını dəyişən bacım Günel də ağır xəstə idi.

O zaman heç kimdən yardım istəmədim. 35 ildir ki, sənətdəyəm, heç kimdən də yardım istəməmişəm. Bunlara görə bağımı və evimi satdım. Bacım xəstə idi... Həkimlər söylədilər ki, onun qısa ömrü qalıb. Evimi dəyərindən çox aşağı qiymətə satdım. Amma nə edə bilərdim?”, - deyə Aynur vurğulayıb. 
Qeyd edək ki, Aynur Dadaşovanın bacısı Günel ötən il xərçəngdən dünyasını dəyişib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO