“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB 

“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB 

Hazırda oxunan: “Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB 

166612

Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2 983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. 

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir. 

“Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. 
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz”, - qurumdan bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO