Ultra-sağ milliyyətçi və sağçı populist “İsveç demokratları” (Sverigedemokraterna) partiyasının lideri Cimmi Okesson bu bazar günü keçirilən partiya yığıncaqlarında çıxış edərək bildirib ki, yeni məscidlərin tikintisini dayandırmaq və “antidemokratik, İsveç əleyhinə, homofob və ya antisemit təbliğatla məşğul olan” məscid binalarını sökmək istəyir. Partiya lideri, həmçinin bəyan edib ki, “şəhər mənzərəsində islamçı abidələr olan minarələr, qübbələr, ayparalar və digər atributlar bütünlüklə aradan qaldırılmalıdır”.
Bizim.Media xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson onun bu bəyanatını “qəbuledilməz və qütbləşdirici” adlandırıb.
“Bu, beynəlxalq aləmdə İsveçin imici ilə bağlı yanlış təsəvvürlər yaradır. Biz ölkədə ibadət məkanlarını sökmürük, əksinə, İsveç dəyərlərini müdafiə edirik və ekstremizm, o cümlədən islamçılığa qarşı çıxış edirik”, deyə Baş nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:22 / 28.11.2023
İsveçin partiya liderindən hay-küyə səbəb olan AÇIQLAMA: "Məscidlər sökülməlidir"
Hazırda oxunan: İsveçin partiya liderindən hay-küyə səbəb olan AÇIQLAMA: "Məscidlər sökülməlidir"
Hazırda oxunan: İsveçin partiya liderindən hay-küyə səbəb olan AÇIQLAMA: "Məscidlər sökülməlidir"
166510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.