Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat KEÇİRİLİB - VİDEO 

Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat KEÇİRİLİB - VİDEO 

Hazırda oxunan: Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat KEÇİRİLİB - VİDEO 

166386

Türkiyədə terror qruplaşmalarına qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.

Nazir qeyd edib ki, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar 30” adlı əməliyyat nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.
“Əməliyyatlar Şırnak, Siirt, Kahramanmaraş, Diyarbakır, Muş və Tunceli vilayətlərində keçirilib. Pilotsuz uçuş aparatları (PUA), “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib”, - deyə nazir bildirib.


 Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO