Yaşar Güler: \

Yaşar Güler: \"Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir\"

Hazırda oxunan: Yaşar Güler: \"Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir\"

166365

"Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib. 

"Münasibətlərimizi inkişaf etdirmə qərarlıyıq. Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İrəvan və Bakı arasında təmasları dəstəkləyirik. 
"3+3" platformasının problemlərin sülh yolu ilə həll üçün yaxşı format olduğunu düşünürük.

Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir", - nazir bildirib. 
Y.Gülər söyləyib ki, Azərbaycanın NATO təlimlərində iştirakının artırılmasını istəyirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO