Hamiləliyinin son aylarını yaşayan müğənni Sevda Yahyayeva dünyaya gətirəcəyi ikinci övladına qoyacağı adı açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda “Maqazin Plyus” verilişinə müsahibəsində danışıb.
Sevda dünyaya gətirəcəyi ikinci qız övladına Aida adını verəcəyini bildirib:
“Ana olmaq çox gözəl hisslərdir. Düzdür, çox çətindir, asan heçnə yoxdur. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Bu hissləri bütün arzusunda olan xanımlara arzulayıram. İnşallah, qızım sağ-salamat dünyaya gəlsin. Ona Aida adını verəcəyik”.
Qeyd edək ki, S.Yahyayeva həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün bu nikahından Ayla adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media