Fatih Terim Azərbaycan millisinə gətirilir?

Fatih Terim Azərbaycan millisinə gətirilir?

Hazırda oxunan: Fatih Terim Azərbaycan millisinə gətirilir?

166204

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinə rəhbərlik edə bilər.

Bizim.Media xəbər verir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir.

AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA İcraiyyə Komitəsi bu posta namizədlə bağlı qərarı yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra verəcək.
Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə "Qalatasaray"la UEFA Kubokunu qazanıb. O, "sarı-qırmızılar"la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.

1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Fatih Terim İtaliyada "Milan" və "Fiorentina"da da işləyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO