Lerikdəki meşə yanğını söndürüldü - FOTO/VİDEO

Lerikdəki meşə yanğını söndürüldü - FOTO/VİDEO

Hazırda oxunan: Lerikdəki meşə yanğını söndürüldü - FOTO/VİDEO

166193

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Lerik rayonunun dağlıq-meşəlik ərazisində baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-a açıqlamasında danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb


“İlkin məlumata əsasən, yanğın təxminən 1.5 hektar sahədə baş verib. Relyefin mürəkkəbliyinə baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində dağlıq-meşəlik ərazi yanğından mühafizə olunub. Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb” , deyə komissiya sədri bildirib.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə baş verən yanğın ocaqlarını və ərazini nəzarətdə saxlayır.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO