Peskov Qərbi Qarabağ ətrafındakı sabitliyi pozmaqda İTTİHAM ETDİ

Peskov Qərbi Qarabağ ətrafındakı sabitliyi pozmaqda İTTİHAM ETDİ

Hazırda oxunan: Peskov Qərbi Qarabağ ətrafındakı sabitliyi pozmaqda İTTİHAM ETDİ

166188

“Bəzi Qərb ölkələri Qarabağ ətrafındakı sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı “açıq sipərlə” mübarizə aparır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“3-5 il əvvəl də diplomatik maskalarla oxşar mübarizə aparılıb. İndi bu maskalar çoxdan atılıb və döyüş açıq üzlüklə aparılır”, - Kremlin nümayəndəsi Qərb siyasətçilərinin “Rusiya sülhməramlılarını, Rusiya hərbçilərini regiondan qovmaq, Rusiya ilə Ermənistan arasında əlaqələri kəsmək lazımdır” kimi bəyanatlarını şərh edərkən bildirib. 
“Həqiqətən də, bir sıra ölkələr hələ də Qarabağ ətrafındakı sabitliyi pozmağa çalışırlar. Bu da, yeri gəlmişkən, Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etməsinə gətirib çıxardı ki, bəzi ölkələr vasitəçi rolunu öz üzərilərinə götürə bilməzlər.  Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək mümkün deyil”, deyə o, qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO