Bakıda Atletika federasiyasının yeni ofisi və məşq bazası açılıb - FOTO

Bakıda Atletika federasiyasının yeni ofisi və məşq bazası açılıb - FOTO

Hazırda oxunan: Bakıda Atletika federasiyasının yeni ofisi və məşq bazası açılıb - FOTO

166118

Azərbaycan atletikasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir. 

Bizim.Media xəbər verir ki, Bu gün Avropa Atletika Assosiasiyasının və Azərbaycan Atletika Federasiyasının rəhbərliyi Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. 

Rəsmilər Ümummilli liderimizin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Ardından ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün  Şəhidlər xiyabanı ziyarət edilib.
Daha sonra Əmircan qəsəbəsindəki 226 nömrəli tam orta məktəbin stadionunda atletikanın atma növləri üzrə məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Balkan Atletikasinin prezidenti Slobodan Brankoviç və Turkiye Atletika Federasiyasinin prezidenti Fatih Çintimar iştirak ediblər. 

Bu qurğuda idmançıların istifadəsi üçün çəkic atma, nizə atma, lövhə atma, nüvə itələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur. 

Qeyd edək ki, bu gün həmçinin, Azərbaycan Atletika Federasiyasının yeni ofisinin açılış mərasimi keçirilib.





Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO