Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam ETDİRİLİR

Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam ETDİRİLİR

Hazırda oxunan: Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam ETDİRİLİR

165933

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideynləri məlumat veriblər.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.
Qeyd edək ki, Hindistan vətəndaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO