Xızıda teplovozla avtomobil TOQQUŞDU – FOTO 

Xızıda teplovozla avtomobil TOQQUŞDU – FOTO 

Hazırda oxunan: Xızıda teplovozla avtomobil TOQQUŞDU – FOTO 

165932

Bu gün saat 13:20 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-ə (ADY) məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.

ADY-dan Bizim.Media-ya verilən məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

“Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar”, - məlumatda qeyd olunur.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO