Fransa müstəmləkəçiliyinə qarşı aksiyada BAYRAĞIMIZ DALĞALANDIRILDI – VİDEO 

Fransa müstəmləkəçiliyinə qarşı aksiyada BAYRAĞIMIZ DALĞALANDIRILDI – VİDEO 

Hazırda oxunan: Fransa müstəmləkəçiliyinə qarşı aksiyada BAYRAĞIMIZ DALĞALANDIRILDI – VİDEO 

165899

Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, Fransa müstəmləkəçiliyinə qarşı təşkil edilən etiraz aksiyasında cəmi 3 bayraq qaldırılıb. Onlardan biri də Azərbaycan bayrağıdır. 

Aksiya iştirakçıları Azərbaycan bayrağını ön sırada apararaq tribunaya sancıblar. Bundan əlavə aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.
Sosialist və Milli KANAK Azadlıq Cəbhəsinin təşkil etdiyi aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirərək müstəqillik tələb ediblər.

Fransız polisi aksiya iştirakçılarından Azərbaycan bayrağını yığışdırmağı tələb edib.

Lakin aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb, bildiriblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir.

Aksiyada 10 minə qədər etirazçı iştirak edib.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın işğal etdiyi dəniz hüdudlarından kənar ərazilərin müstəmləkəçilikdən azad edilməsini yaxından dəstəkləyir.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO