Ahmed Sengando: “Əmək Mərkəzi İƏT ailəsinə məşğulluq və əmək sahəsində kömək edəcək”

Ahmed Sengando: “Əmək Mərkəzi İƏT ailəsinə məşğulluq və əmək sahəsində kömək edəcək”

Hazırda oxunan: Ahmed Sengando: “Əmək Mərkəzi İƏT ailəsinə məşğulluq və əmək sahəsində kömək edəcək”

165859

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri müxtəlif çağırış və problemlərlə üz-üzədir. Üzv ölkələri arasında işsizlik səviyyəsi çox yüksək olan ölkələrimiz də var. 2022-ci ildə İƏT-ə üzv ölkələr arasında işsizlik göstəricisi ortalama hesabla 6.3 faiz olub”.

Bizim.Media xəbər verir ki, bu barədə İƏT Baş katibinin müavini Ahmed Sengando İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

A.Sengando COVID-19 pandemiyasının da məşğulluq sahəsinə çətinliklər gətirdiyini qeyd edərək fikirlərinə belə davam edib:

"Ondan sonra müəyyən qədər bərpa olunsaq da, problemlər çoxdur. Bir araya gələrək bütün problemlərin həlli yolunu tapa bilərik. Əmək sahəsində xüsusi ixtisaslaşmış qurumumuz yox idi. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə Əmək Mərkəzi yaradıldı. Bu, İƏT ailəsinə məşğulluq və əmək sahəsində kömək edəcək".

O, çıxışı zamanı İƏT-ə üzv ölkələrin konfransının təşkili üçün Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə minnətdarlığını bildirib:

"Sədrə - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə də təşəkkürümü bildirirəm. Biz bu konfrans çərçivəsində bir sıra önəmli məsələlərə toxunduq, müzakirələr aparmaq şansımız oldu".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO