“Azərbaycan anti-terror əməliyyatına hazırlaşır” - Lavrovla görüşdə açıqlanmayan məsələlərə Qabil Hüseynlidən ŞƏRH 

“Azərbaycan anti-terror əməliyyatına hazırlaşır” - Lavrovla görüşdə açıqlanmayan məsələlərə Qabil Hüseynlidən ŞƏRH 

Hazırda oxunan: “Azərbaycan anti-terror əməliyyatına hazırlaşır” - Lavrovla görüşdə açıqlanmayan məsələlərə Qabil Hüseynlidən ŞƏRH 

16585

“Əsirlərin dəyişdirilməsi məsələləri danışıqlarda əsas mövzulardan birini tutur. Amma Azərbaycan üçün mühüm olan diskussiya predmeti Rusiya sülhməramlılarının Qarabağda möhkəmlənməsi ilə bağlı aparılan tikinti işləridir. Qarabağda modul tipli evlər tikilir və guya bu, rus əsgərlərinin məişət şəraitinin yaxşılaşdırılması üçündür”.

Bu sözləri Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskva görüşünü Bizim.Media ilə müzakirə edən politoloq Qabil Hüseynli səsləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Günün əsas görüşü — Lavrov Bayramov və Ayvazyanla Qarabağı müzakirə edəcək


Politoloq əlavə etdi ki, bu prosesə başçılıq etmək üçün Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov Bakının icazəsi olmadan Ermənistan ərazisindən istifadə etməklə Xankəndinə gəlir.

“Bundan əvvəl də xarici işlər nazirimiz (Ceyhun Bayramov) Rusiya sülhməramlılarının özbaşınalığı ilə əlaqədar, xüsusilə Azərbaycan ərazisində erməni qoşunlarının (separatçı, qanunsuz silahlı dəstələr) hələ də qalması və onların Qarabağdan çıxarılması barədə xəbərdarlıq edib. 

Heç kimə sirr deyil ki, bu gün sülhməramlıların nəzarətində olan Əsgəran, Ağdərə, Xocavəndin bir hissəsi, əsasən də Xocalı istiqamətində ermənilərin 8-10 min arası qoşunları mövcuddur.

Onlar bu qoşunların çıxarılması barədə tez-tez bəyanat versələr də, amma dedikləri hər dəfə yerinə yetirilmir. Sülhməramlılar da bu istiqamətdə heç bir iş görmürlər. 

Halbuki, Moskvada imzalanan 10 noyabr bəyanatında Azərbaycan ərazilərində bir nəfər də olsun erməni hərbçisinin qalmaması barədə bənd var. Lakin bu şərtlər indiyə qədər icra olunmayıb. Bu barədə azı iki dəfə XİN rəhbərimiz danışıb, Azərbaycan Prezidenti bu məsələlərə eyham vurub.

Güman edirəm ki, Lavrovla danışıqlarda bu məsələ bütün çılpaqlığı ilə ortaya qoyulub. 
Çünki Azərbaycan ordusu da ciddi təlimlər keçir.

Mətbuata tez-tez belə bir informasiya sızdırılır ki, Azərbaycan anti-terror əməliyyatlarına hazırlaşır. 

Zənnimcə, bu məsələlər Lavrovla geniş müzakirə edilməli idi və yəqin ki, bu istiqamətdə fikir mübadiləsi aparılıb”,- deyə Qabil Hüseynli XİN başçılarının Moskva görüşünün detallarını şərh etdi.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO