"Qarabağda ermənilərin mənzilləri, mədəniyyət abidələri xüsusi təyinatlılarımız tərəfindən qorunur. Evlər möhürlənib, heç kim içəri girmir".
Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Laçın-Xankəndi yolu ətrafında mübahisələr" adlı hesabatın təqdimatında deyib.
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarının müəyyən hissəsi bu məsələyə aiddir. Bu, Azərbaycanın öhdəliyidir. Proseslərin fiziki olaraq necə baş verəcəyini söyləmək çətindir. Hesab edirəm ki, Azərbaycan hökumətinin artıq bəyan etdiyi kimi, qayıtmaq istəyən hər kəsə vaxt veriləcək. Yəni, qəti şəkildə qayıtmaq istəyənlər qayıdacaqlar və ya kimsə gəlib əşyalarını götürmək istəsə, böyük ehtimalla onlara belə bir fürsət veriləcək. Yəni, Azərbaycan məhkəmənin qərarına əməl edəcək, artıq Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:11 / 23.11.2023
"Qarabağdan əşyalarını götürmək istəyən ermənilərə belə fürsət veriləcək" - Fərid Şəfiyev
Hazırda oxunan: "Qarabağdan əşyalarını götürmək istəyən ermənilərə belə fürsət veriləcək" - Fərid Şəfiyev
Hazırda oxunan: "Qarabağdan əşyalarını götürmək istəyən ermənilərə belə fürsət veriləcək" - Fərid Şəfiyev
165748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.