Bakıda inşaat materialları bazarı yandı: İşçilər xəsarət alıb - FOTO-VİDEO

Bakıda inşaat materialları bazarı yandı: İşçilər xəsarət alıb - FOTO-VİDEO

Hazırda oxunan: Bakıda inşaat materialları bazarı yandı: İşçilər xəsarət alıb - FOTO-VİDEO

165696

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Bizim.Media bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (kişi) həkiməqədər ölümü qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyevin sözlərinə görə, yanğının sahəsi 4000 kv metrə yaxındır.

O, yanğın zamanı işçilər arasında xəsarət alanların olduğunu deyib: "Yanğınla bağlı ayrı-ayrı mənbələr var. Yanan taxtaların oradan çıxarılması çətinlik yaradır. Çünki yüksək tempratur var. Xüsusi texnikalar işləyə bilmir. Hal-hazırda biz temepraturu aşağı salmağa çalışırıq ki, əməkdaşlarımız rahat işləyə bilsin".

Nərimanov rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev əraziyə gəliblər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO