Yeni il qabağı “ənənəvi” qiymət artımından NECƏ QURTULAQ? 

Yeni il qabağı “ənənəvi” qiymət artımından NECƏ QURTULAQ? 

Hazırda oxunan: Yeni il qabağı “ənənəvi” qiymət artımından NECƏ QURTULAQ? 

165623

Yeni il yaxınlaşdıqca “ənənəvi” qiymət artımının şahidi oluruq. Sanki bu addım dəyişməz bir adətə çevrilib. Alıcılar da hər bayramqabağı ərzaqların qiymətinin artmasından təngə gəliblər.

Bəs, bu qiymət artımının qarşısını hansısa formada almaq mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O, problemdən çıxış yolunu belə izah edib: 

“Klassik nəzəriyyəyə görə, ya məhsul bolluğu olmalıdır, rəqabətli mühit yaranmalıdır, ya da hökumət müəyyən güzəştlər etməlidir. Vergi və gömrük endirimləri tətbiq etməklə qiymətlərin artmasının qarşısını almaq mümkündür. Hansısa sehrli bir çubuq yoxdur, problemin həlli üçün müəyyən iqtisadi nəzəriyyələr var. Bu iqtisadi  nəzəriyyələrə uyğun davranmaqda yarar var”. 

Eskpert əlavə edib ki, “süni qiymət artımı” anlayışı yanlışdır: 

“Bizdə dövlət tərəfindən qiymət tənzimləməsi yoxdur. Azərbaycanda dövlət Tarif Şurası tərəfindən qiymətləri tənzimləyir. Bu isə bəlli qiymətlərə aiddir. “Süni qiymət artımı” anlayışı bazar iqtisadiyyatı sistemində olmamalıdır. Belə bir hal varsa, deməli, bazar iqtisadiyyatı deyil və rəqabətli mühit yoxdur. Sadə dillə desək, “süni qiymət artımı” anlayışını Azərbaycan leksikonundan çıxarmaq lazımdır”. 

Məhərrəm Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO