Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub qrup sonuncusu oldu

Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub qrup sonuncusu oldu

Hazırda oxunan: Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub qrup sonuncusu oldu

165514

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda 11-ci qrupdakı sonuncu matçında səfərdə Lüksemburqla qarşılaşıb.  

Görüş Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində 84-cü dəqiqədə Şahin Şahniyarov fərqlənib.  

Beləliklə, 3 oyundan sonra cəmi 1 xal toplayan Azərbaycan millisi elit-raunda vəsiqə qazana bilməyib. 
Qeyd edək ki, U-19 millimiz bundan əvvəl Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə edib, Niderlanda 1:2 hesabı ilə uduzub. 

Avro, seçmə mərhələ 

21:00. Lüksemburq - Azərbaycan - 2:1 

21:00. Bosniya və Herseqovina - Niderland - 0:3 

Xal durumu: Niderland - 9, Bosniya və Herseqovina - 4, Lüksemburq - 3,  Azərbaycan - 1 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO