Qızılağac Milli Parkında “Flaminqo festivalı” başladı - YENİLƏNİB/FOTO

Qızılağac Milli Parkında “Flaminqo festivalı” başladı - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Qızılağac Milli Parkında “Flaminqo festivalı” başladı - YENİLƏNİB/FOTO

165382

Azərbaycanda, Qızılağac Milli Parkında ilk dəfə "Flaminqo festivalı" keçirilir.

Bizim.Media xəbər verir ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunur.

Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edir.

Axşam saatlarınadək davam edəcək festivalda iştirakçılar Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzir, körfəz ərazisində quş koloniyaları müşahidə edirlər.

Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.

*** 11:40

Bu gün Qızılağac Milli Parkında Flaminqo festivalı keçiriləcək.

Ekologiya  və Təbii Sərvətlər  Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda mətbuat  nümayəndələri  və  qonaqlar iştirak edəcəklər.

Bizim.Media-nın Cənub bürosuna verilən məlumata  görə, festival çərçivəsində    balıq buraxılışı, quşların müşahidəsi, qayıqlarla gəzinti, əl işlərinin sərgisi və müxtəlif tədbirlər təşkil olunacaq.










Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO