Ərdoğandan ermənilərə ÇAĞIRIŞ: “Azərbaycanlı qardaşlarımızın uzatdığı əli tutun” - VİDEO

Ərdoğandan ermənilərə ÇAĞIRIŞ: “Azərbaycanlı qardaşlarımızın uzatdığı əli tutun” - VİDEO

Hazırda oxunan: Ərdoğandan ermənilərə ÇAĞIRIŞ: “Azərbaycanlı qardaşlarımızın uzatdığı əli tutun” - VİDEO

165306

“Erməni xalqı və rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarmaları daha doğru olacaq. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib. 

“Ermənilərin 30 il sonra ortaya çıxan sülh fürsətini yenə fərqli xəyallar quraraq boş yerə istifadə etməmələri ən böyük arzumuzdur. Buradan bir daha Ermənistana Azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq. Türkiyə olaraq bizim də Azərbaycanla əməkdaşlıq içində prosesin uğuru üçün lazımi addımları atmağa hazır olduğumuzu bir daha ifadə edirəm”, - deyə Türkiyə lideri qeyd edib. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO