Kürdəmirdə AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO 

Kürdəmirdə AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Kürdəmirdə AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO 

165305

Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2106” markalı avtomaşın həmin yolda hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən “VAZ 21011” markalı avtomaşınla toqquşub. 

Nəticədə hər iki avtomobildə olan 4 nəfər Ağsu rayon sakinləri - 26 yaşlı Hüseynov Məhərrəm Əfqan oğlu, 36 yaşlı Əhmədov Elməddin Şakir oğlu, 46yaşlı Kərimov Alim Arif oğlu və 40 yaşlı Məhərrəmov Seymur Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Yaralılar dərhal  təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Hazırda faktla bağlı araşdırma aparılır. 







Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO