“Ağıllı adam deməz ki, görücülük yoxdur” – Zirəddin Rzayevdən QALMAQALLI AÇIQLAMA  

“Ağıllı adam deməz ki, görücülük yoxdur” – Zirəddin Rzayevdən QALMAQALLI AÇIQLAMA  

Hazırda oxunan: “Ağıllı adam deməz ki, görücülük yoxdur” – Zirəddin Rzayevdən QALMAQALLI AÇIQLAMA  

165243

İnsanlar bəzi şeylərə inanmaqda çox zaman tərəddüd edirlər. Onlardan biri də görücülük, ekstrasenslikdir. Alimlər hətta bu sahəyə inananları cahil adlandırırlar.

Bəs ekstrasensliyin texnikası necə olur? Doğrudan da görücülük anlayışı varmı?

Tanınmış ekstrasens, Rusiya Federasiyası İctimai Palatasının komissiya üzvü Zirəddin Rzayev Bizim.Media-ya bildirib ki, bu gün həkimlər dünyada geniş yayılmış xərçəng xəstəliyinin müalicə texnikasını bilmirlərsə, onlar ümumilikdə bunu inkar edə bilməzlər:

“Eyni zamanda, Məhəmməd peyğəmbər müsəlmanlara görə peyğəmbərdir, xristian və yəhudilərə görə yox. Dünyada Məhəmməd peyğəmbərin Allahın elçisi olduğuna inanmayan milyonlarla insan var. Lakin bu, heç kimə haqq vermir desin ki, Məhəmməd peyğəmbər deyil. Bu gün biz texnologiya əsrində yaşayırıq. 

Elə texnoloji alətlər var ki, insanları, əşyaları rahatlıqla tapa bilir. Lakin bununla belə, bizim hələ də kinelogiya elminə, itlərə ehtiyacımız var. Hətta Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalmış insanların axtarışı üçün Rusiya sözügedən əraziyə itləri göndərmişdi. Türkiyə isə hörmət əlaməti olaraq həmin köpəkləri Rusiyaya təyyarənin baqajında yox, içində geri qaytardı. 
Yəni, bu gün fiziklər, həkimlər, alimlər ekstrosenslik elminin izahını verə bilmirlərsə, “bu fenomen yoxdur” deyə bilməzlər. Ağıllı adam bunu heç vaxt deməz.

Vanqa, Nostradamus kimi ekstrasenslər 300-400 ildə bir gəlir dünyaya...Mənim özümə də yaxın günlərdə Rusiya Dövlət Dumasından ad günümlə bağlı təbrik telegramı gəldi. Yaşadığım ünvana gələn məktubda məni təbrik edib, fəaliyyətimdə uğurlar arzulayıblar”. 

Ekstrasens qeyd edib ki, istənilən sahəni ali təhsil müəssisələrində ixtisaslaşaraq öyrənmək mümkündür, yalnız şairlik ixtisası yoxdur:

“Bu, Allah tərəfindən verilmədikdən sonra, sən nə qədər istəsən də şair ola bilməzsən. Niyə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Zəlimxan Yaqub kimi şairlərdən indi yoxdur? Çünki belələri dünyaya 100-200 ildən bir gəlir. Nəsiminin yazdığı şeirləri ona Fəzlullah Nəimi öyrətmişdi? Nəiminin o qədər tələbəsi var idi, niyə məhz içlərindən Nəsimi fərqlənmişdi?

Yəni bu kimi şeylərin fərqinə varmaq üçün insanda qafa olmalıdır. Yunus Emrenin bir sözü var:

“bilməyənlər bilsin bizi, bilənlərə salam olsun!”, - deyə Zirəddin Rzayev fikirlərini sonlandırıb. 

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO