Koronavirusun daha neçə dalğası olacaq? – “Virusun bu qədər uzanmasını heç kim düşünmürdü” - PROFESSOR

Koronavirusun daha neçə dalğası olacaq? – “Virusun bu qədər uzanmasını heç kim düşünmürdü” - PROFESSOR

Hazırda oxunan: Koronavirusun daha neçə dalğası olacaq? – “Virusun bu qədər uzanmasını heç kim düşünmürdü” - PROFESSOR

16518

Hələ də idarəolunmaz koronavirus epidemiyası ilə mübarizə davam edir. Hazırda virusun yayılmasına nəzarət edən ölkələr növbəti dalğaların da olacağından ehtiyat edirlər. İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsində koronavirus pandemiyası ilə bağlı vəziyyəti dəyərləndirərkən pandemiyanın yeni dalğasından danışıb.

O, İranda koronavirusun dördüncü dalğasının başlayacağının və ölkəsinin buna hazır olmasının anonsunu verib. 

Maraqlıdır, koronavirusun daha neçə dalğasını yaşayacağıq?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında virusla bağlı verilən proqnozların çoxunun özünü doğrultmadığını deyib:

“RNT - Ribonuklein turşusu genomunda daşıyan virusların əsas xüsusiyyəti onların mutasiya etmək qabiliyyətidir. Qripin 2 mindən çox ştammı var. Hələ indiyə qədər onun kökü kəsilməyib və hər il özünü göstərir. Koronavirusun da 4 növü hər il mövcuddur. Sadəcə SARS 1 və SARS MERS virusları koronavirusun təhlükəli formasıdır. Biz koronavirusun təbii və süni virus oduğunu da birmənalı olaraq deyə bilmərik. Çünki əlimizdə əsas yoxdur. Fakt odur ki, hələlik mutasiya prosesi davam edir. Virus tam zəifləyib sıradan çıxmayıb”. 

Həkim əlavə edib ki, hər şeyin bir sonu olduğu kimi koronavirusun da ömrü bitəcək:

“Amma virusun bu qədər uzanmasını heç kim düşünmürdü. İstənilən halda bütün dünyada vaksinasiya prosesi gedib. Peyvəndlənən insanlarda immunitet formalaşır və bu da kollektiv immunitetə gedən yolu qısaldacaq. Bu baxımdan hesab edirəm ki, bu, çox da uzanmaz. Amma birmənalı rəy bildirmək çox çətindir”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO