ABŞ

ABŞ "SpaceX" ilə bağlı araşdırmaya başlayacaq

Hazırda oxunan: ABŞ "SpaceX" ilə bağlı araşdırmaya başlayacaq

165133

ABŞ Konqresinin Nümayəndələr Palatasının üç üzvü İlon Maskın həmtəsisçisi və rəhbəri olduğu “SpaceX” şirkəti ilə bağlı araşdırmaya başlamaq zərurətini açıqlayıb.

Bizim.Media "Kommersant"a istinadən xəbər verir ki, araşdırma tələbi "SpaceX"in obyektlərində aşkarlanan istehsalat xəsarətləri ilə bağlı açıqlanan rəqəmlərdən sonra irəli sürülüb.

Agentliyin məlumatına görə, 2014-cü ildən indiyədək tikinti sahələrində, montaj zavodlarında və "SpaceX"in digər obyektlərində ümumilikdə 600-ə yaxın işçi xəsarət alıb və insidentlərdən biri işçinin ölümü ilə nəticələnib.
Kaliforniya və Nyu-Cersi ştatlarını təmsil edən demokrat konqresmenlər bu məlumatların ciddi narahatlıq doğurduğunu əsas gətiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO