Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayında nazirlər səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində 20-21 noyabr 2023-cü il tarixlərində Bakı şəhərində Hərəkatın “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda ilk yüksək səviyyəli konfransı keçiriləcək.
Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilir ki, konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, Hərəkatın növbəti sədrləri olacaq Uqanda və Özbəkistan Respublikaları ilə birgə təşkil edilir.
Konfrans əsnasında Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının irəlilədilməsi, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların yüksək vəzifəli rəsmiləri daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 19.11.2023
Bakıda yüksək səviyyəli konfrans keçiriləcək
Hazırda oxunan: Bakıda yüksək səviyyəli konfrans keçiriləcək
Hazırda oxunan: Bakıda yüksək səviyyəli konfrans keçiriləcək
165084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.