Daha 2 marşrut xətti kartla ödəniş sisteminə qoşuldu - FOTO

Daha 2 marşrut xətti kartla ödəniş sisteminə qoşuldu - FOTO

Hazırda oxunan: Daha 2 marşrut xətti kartla ödəniş sisteminə qoşuldu - FOTO

165065

Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb.

Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək etməsi məqsədilə post-terminallar təqdim edilib.

Qeyd edək ki, 567 və 592 saylı marşrut xəttləri üzrə avtobuslardan hər gün 35-40 min nəfərədək sərnişin istifadə edir. Bu xəttlərin kart sisteminə qoşulması sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı maliyyə şəffaflığı və elektron ödənişlərin təşviqi baxımından da çox əhəmiyyətlidir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO