Bakıda avtobusda dava – Ərlə arvad bir-birini döydü - VİDEO

Bakıda avtobusda dava – Ərlə arvad bir-birini döydü - VİDEO

Hazırda oxunan: Bakıda avtobusda dava – Ərlə arvad bir-birini döydü - VİDEO

16503

4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusda ər-arvad arasında mübahisə düşüb. Mübahisə daha sonra bir-birlərinə fiziki təzyiq göstərilməsi ilə nəticələnib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

Görüntülərdə ərlə arvadın mübahisəsi düşür. Ər arvadına “sakit dur” desə də, qadın susmur və mübahisə qızışır.

Bu zaman kişi həyat yoldaşına fiziki təzyiq göstərir. Öz növbəsində qadın da ərinin bu hərəkətinə biganə qalmayaraq qarşılıq göstərir. Cütlüyün mübahisəsinə avtobusdakı sərnişinlər də etiraz edir. 

Görüntülərdən o da məlum olur ki sərnişinlər mübahisə səbəbindən hərəkət etməyən avtobus sürücüsünə etiraz edirlər. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO