Xəbər verdiyimiz kimi Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib.
MÖVZU İLƏ BAĞLI:
Salyanda yük maşını ilə mikroavtobus toqquşub - “ASAN xidmət”in əməkdaşları yaralanıb
Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xəsarət alanlar aşağıdakılardır:
1991-ci il təvəllüdlü Əkbərova Nübar Alışalı qızı
1999-cu il təvəllüdlü Hətəmova Fatimə Xalıq qızı
1994-cü il təvəllüdlü Mikayılova Püstəxanım Hafiz qızı
1991-ci il təvəllüdlü Bağırlı Səbinə Zülfüqar qızı
1997-ci il təvəllüdlü Məmmədova Aynur Mirzağa qızı
1990-cı il təvəllüdlü Məlikova Elnurə Xoşbəxt qızı
2003-cü il təvəllüdlü Zalıyev Səbuhi Rüfət oğlu
2000-ci il təvəllüdlü Səmədova Xanım Etibar qızı
2017-ci il təvəllüdlü Məmmədova Mələk Azad qızı
2018-ci il təvəllüdlü Məmmədova Nuray Azad qızı.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media