MN:

MN: "Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır"

Hazırda oxunan: MN: "Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır"

164971

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - deyə məlumatda qeyd edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO