Ramzan Kadırov Nobel Sülh Mükafatı alacaq? – NAMİZƏD OLDU

Ramzan Kadırov Nobel Sülh Mükafatı alacaq? – NAMİZƏD OLDU

Hazırda oxunan: Ramzan Kadırov Nobel Sülh Mükafatı alacaq? – NAMİZƏD OLDU

16495

Çeçenistan lideri Ramzan Kadırov 2021 Nobel Sülh Mükafatına namizədlər sırasındadır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Beynəlxalq Nobel Məlumat Mərkəzinin prezidenti Vyaçeslav Tyutyunnik yayıb.

Qeyd edilir ki, Kadırov son 15 ildə Çeçenistan bölgəsində etibarlı bir sülhün yaradılmasında və qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə, bu mükafata namizəd göstərilib.

Tyutyunnik vurğulayıb ki, Nobel Komitəsinə müraciət Norveç nümayəndələri tərəfindən verilib.

Xatırladaq ki, 2020-ci ildə Ramzan Kadırov Sülh və İnkişaf İnstitutu (INSPAD) tərəfindən təsis edilən 2020 beynəlxalq barış mükafatına namizəd göstərilib.

Təşkilat Çeçenistan Respublikası başçısının beynəlxalq əlaqələrin, humanitar və təhsil proqramlarının, eyni zamanda dinlərarası əlaqələrin inkişafına xüsusi töhfəsini qeyd edib.

Oslo Nobel Komitəsi tərəfindən təsis edilən Nobel Sülh Mükafatı 1901-ci ildən bəri hər il sülhə yüksək töhfə verən şəxslərə və təşkilatlara verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO