Həbsdə olan icra başçısı Ali Məhkəməyə MÜRACİƏT ETDİ  

Həbsdə olan icra başçısı Ali Məhkəməyə MÜRACİƏT ETDİ  

Hazırda oxunan: Həbsdə olan icra başçısı Ali Məhkəməyə MÜRACİƏT ETDİ  

164948

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyev yenidən Ali Məhkəməyə müraciət edib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, eks-icra başçısı barəsində bəraət qərarı çıxarılmasını xahiş edir. Şikayətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq. 

V. Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan müraciətinə əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.  
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO