Yetkinlik yaşına çatmayan şəxslərə dair YENİ QADAĞA 

Yetkinlik yaşına çatmayan şəxslərə dair YENİ QADAĞA 

Hazırda oxunan: Yetkinlik yaşına çatmayan şəxslərə dair YENİ QADAĞA 

164807

Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri müəyyənləşir.

Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO