Türkiyədə xüsusi təyinatlılarımızın iştirakı ilə beynəlxalq təlim BAŞLAYIR - FOTO

Türkiyədə xüsusi təyinatlılarımızın iştirakı ilə beynəlxalq təlim BAŞLAYIR - FOTO

Hazırda oxunan: Türkiyədə xüsusi təyinatlılarımızın iştirakı ilə beynəlxalq təlim BAŞLAYIR - FOTO

164789

Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. 

Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır. 
Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir. 

Qeyd edək ki, Azərbaycan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkədə səfərdədir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO