Tullantıların yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları AŞKARLANIB - FOTO

Tullantıların yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları AŞKARLANIB - FOTO

Hazırda oxunan: Tullantıların yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları AŞKARLANIB - FOTO

164727

Sabirabad rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisində yerləşən müxtəlif küçə və prospektlərdə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. 

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon sanitar təmizlik idarəsinin məsul şəxsi barəsində RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və faktla bağlı araşdırmalar aparılır. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO