Ruslan Abışov

Ruslan Abışov "Neftçi"də vida matçına çıxacaq

Hazırda oxunan: Ruslan Abışov "Neftçi"də vida matçına çıxacaq

164577

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq. 

Bizim.Media xəbər verir ki, bunu “Neftçi” “Son toxunuş” adlı video ilə anons edib.  

36 yaşlı sabiq müdafiəçi paytaxt təmsilçisinin Bakıda Rusiya "Zenit"inə qarşı yoldaşlıq oyununda meydanda olacaq. 

Qeyd edək ki, noyabrın 18-də keçiriləcək "Neftçi" - "Zenit" matçı saat 21:00-da başlanacaq.  

Xatırladaq ki, R.Abışov ötən ay karyerasını başa vurduğunu açıqlayıb. "Neftçi"nin yetirməsi olan sabiq futbolçu 2006-2012 və 2017-2019-cu illərdə sözügedən klubda çıxış edib.
O, karyerası ərzində "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. Abışov son mövsümü "Zirə"də keçirib. O, 2009-2018-ci illərdə Azərbaycan millisində oynayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO