"KTMT-dən çıxmaq barədə qərar verməmişik" - Paşinyan

Hazırda oxunan: "KTMT-dən çıxmaq barədə qərar verməmişik" - Paşinyan

164538

"İrəvan strateji mənada öz siyasətində dəyişiklik elan etmək fikrində deyil və hələ ki, KTMT-dən çıxmaq barədə qərar verməyib".

Bizim.Media xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə özünə və bloka düşünmək üçün vaxt verir:

“Hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda bu, dissonansa səbəb olacaq”.
Xatırladaq ki, bundan əvvəl Paşinyan təşkilatın Minskdə keçiriləcək sammitinə getməkdən imtina edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO