İstiotda göbələk tapıldı - ''Al Market''in ölkəyə gətirdiyi ədviyyatlar

İstiotda göbələk tapıldı - ''Al Market''in ölkəyə gətirdiyi ədviyyatlar

Hazırda oxunan: İstiotda göbələk tapıldı - ''Al Market''in ölkəyə gətirdiyi ədviyyatlar

16450

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Al Market” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən zirə və qara istiot məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

İdxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində 420 kq zirə və 180 kq qara istiot məhsullarında kif göbələyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO