Xanım Qafarovanın qızı: “Anamın öldüyünü 4 il məndən gizlədiblər” - VİDEO

Xanım Qafarovanın qızı: “Anamın öldüyünü 4 il məndən gizlədiblər” - VİDEO

Hazırda oxunan: Xanım Qafarovanın qızı: “Anamın öldüyünü 4 il məndən gizlədiblər” - VİDEO

164489

“Anamın öldüyünü 4 il məndən gizlətdilər. Amma onun öldüyünü əlbəttə ki, hiss edirdim. Çünki anam Türkiyədə müalicə aldığı vaxtlar onunla telefonda zəngləşirdik, xəbər tuturduq. Amma bu illər ərzində nə qədər anama zəng etsəm də onun nömrəsinə zəng çatmır deyilirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər “O üz” verilişinə müsahibəsində deyib. 

Mərhum aktrisanın qızı anası ilə bağlı xatirələrini dilə gətirib: 

“Son iki ildə anam tez-tez mənə “Səncə mən öləcəyəm?” sualını verirdi. And içdi ki, mən ölməyəcəyəm. Düzdür, onun ağrılarını görürdüm, amma yenə də Allaha yalvarırdım ki, anam sağ qalsın. O dünyasını dəyişəndən sonra şəkilləri ilə danışırdım. Onun adına layiq olmağa çalışırdım deyə dərslərimi yaxşı oxuyurdum, əla qiymətlər alırdım”. 

Qafarovanın övladı anasının itkisi ilə barışa bilmədiyini və bu səbəbdən acı çəkdiyini vurğulayıb: 

“Uşaqları anaları ilə görüb, dərdləşəndə, ailəsi ilə oturub söhbət edəndə mənə çox ağır gəlir. Adicə sinif yoldaşlarım ailələri haqda danışanda çox üzülürəm, amma bildirmirəm, gözüm dolur. Sonra gəlib evdə tək-tənha ağlayıram.

İstəmirəm nə xalam, nə dəki nənəm bunu görsün. Hətta onları da qoymuram ağlasınlar ki, birdən anamın ruhu üzülər. Amma özümə çox ağırdır”. 

Qeyd edək ki, 2009-ci ildən bəri süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 8 il əvvəl iyulun 11-də dünyasını dəyişib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO