“Dünyanın heç bir yerində yəhudi, xristian, müsəlman, alban-udi icmasından olan nümayəndə və digər dini etiqad nümayəndələrinin eyni bir məkanda toplaşmasını, birgəlik nümayiş etdirməsini görə bilməzsiniz. Amma bu, bizdə belədir, hər zaman da belə olub”.
Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Komitənin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.
"Bu siyasət ölkəmizdə hər bir vətəndaş tərəfindən dəstəklənir. Dövlət bütün dini konfensiyalara dəstək nümayiş etdirir, onların ibadət evlərinin bərpası, təmiri və tikintisinə maliyyə ayırır. Bakı şəhərinin mərkəzində erməni kilsəsi var və ibadət edənlər üçün həmişə açıqdır", - sədr müavini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 15.11.2023
Bakıdakı erməni kilsəsi ibadətə açıqdır - RƏSMİ
Hazırda oxunan: Bakıdakı erməni kilsəsi ibadətə açıqdır - RƏSMİ
Hazırda oxunan: Bakıdakı erməni kilsəsi ibadətə açıqdır - RƏSMİ
164464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.