Pensiyalarla bağlı MÜHÜM XƏBƏR: 483 manat olacaq – VİDEO

Pensiyalarla bağlı MÜHÜM XƏBƏR: 483 manat olacaq – VİDEO

Hazırda oxunan: Pensiyalarla bağlı MÜHÜM XƏBƏR: 483 manat olacaq – VİDEO

164444

Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır. 

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O, digər növ pensiyaların da artımına diqqət çəkib. 

İclasda "2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. 
Növbəti ilin büdcə müzakirəsi zamanı isə millət vəkili Vüqar İskəndərov istismar müddəti 10 ildən artıq olan avtomobillərin utilzasiya məsələsindən danışıb. Millət vəkili deyib ki, növbəti ildən utilzasiya proqramına start veriləcəyi gözlənilir. 

Millət vəkili Əziz Ələkbərov alimlərin maaşlarının az olmasına diqqət çəkib. O, bildirib ki, bu gün Bakıda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. 

Deputat Zahid Oruc isə ana bətnində məhv edilən uşaqların sayının çox olmasından narahatlığını ifadə edib. Bildirib ki, ''3-cü uşaq'' siyasəti stimullaşdırılmalıdır. 

İclasda qeyd edilib ki, növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcək. Bununla da bu proqram çərçivəsində məşğulluğu təmin olunanların sayı 80 min nəfərə çatacaq. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO