Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq

Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq

Hazırda oxunan: Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq

164317

"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb.

Bizim.Media şirkətə istinadən xəbər verir ki, FS 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. 

Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini bildirib. 

Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq.

Qeyd edək ki, bundan əvvəl, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO