Ramin İsayevin həbs müddəti UZADILDI 

Ramin İsayevin həbs müddəti UZADILDI 

Hazırda oxunan: Ramin İsayevin həbs müddəti UZADILDI 

164134

16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. 

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda təqdimat əsaslı hesab edilib. Qərara əsasən, R.İsayevin həbsdə saxlanma müddəti 4 ay uzadılıb. 
Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda aş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO