Müğənni Nadir Bayramlıya efirdə gözlənilməz sürpriz olub.
Bizim.Media xəbər verir ki, “İncə səhər” verilişinin heyəti sənətçinin 30 il əvvəl satdığı “VAZ-2106” avtomobilini üzə çıxarıb.
Sözügedən nəqliyyat vasitəsini görən Nadir həyəcanlı anlar keçirib. Bayramlı bildirib ki, avtomobilini efirə çıxmaq üçün satmaq məcburiyyətində qalıb:
“Çox həyəcanlandım. Bu, mənim ilk avtomobilim olub. Alış-verişimizi öz aramızda köhnə kursla etmişdik. Bu maşını məcburiyyətdən satmışdım. O zamanlar ifa etdiyim “Aman-aman bu qızların əlindən” mahnıma klip çəkdirməliydim. Məcbur olub maşını satdım və mahnıya klip çəkdirdim”.
Rəşad Əliyev, Bizim.Media