Gürcüstan Fransa silahlarının Ermənistana daşınmasına niyə icazə verdi? – Gia Xuxaşvilidən AÇIQLAMA 

Gürcüstan Fransa silahlarının Ermənistana daşınmasına niyə icazə verdi? – Gia Xuxaşvilidən AÇIQLAMA 

Hazırda oxunan: Gürcüstan Fransa silahlarının Ermənistana daşınmasına niyə icazə verdi? – Gia Xuxaşvilidən AÇIQLAMA 

164100

Xəbər verdiyimiz kimi, Fransa Ermənistana göndərdiyi hərbi texnika Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir. Digər silahlarla yanaşı, Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası bu gecə Gürcüstanın Poti limanına yola salınıb. “Bastion” üçün komponentlər də Ermənistana göndərilib. Onun tədarükçüsü Fransanın “ARQUUS” şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Amma indi, görünür, rəsmi Tiflis buna icazə verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı AÇIQLAMA 


Bəs, Gürcüstanın bu addımı atmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bildirib ki, Azərbaycanın narahatlığı başadüşüləndir:

“Təbii ki, rəsmi Bakıda sözügedən məsələ ilə bağlı suallar yarana bilər. Amma zənnimcə, bu suala qarşılıqlı müzakirələrlə aydınlıq gətirmək olar. Ümid edirəm ki, bu, həqiqətən də Azərbaycanın təhlükəsizliyini və bizim milli maraqlarımızı təhdid ola biləcək bir hadisə deyil.  

Bildiyim qədər, Azərbaycanla Gürcüstan arasında imzalanmış ikitərəfli sazişdə konkret olaraq tərəflərin təhlükəsizliyini təhdid edən yüklərin gətirilməsinə icazə verməməklə bağlı müddəalar göstərilib. Düşünürəm ki, bu yüklər iki dost ölkə üçün problem yaratmayacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO