İki ölkənin lideri 45 il sonra ilk dəfə GÖRÜŞDÜ

İki ölkənin lideri 45 il sonra ilk dəfə GÖRÜŞDÜ

Hazırda oxunan: İki ölkənin lideri 45 il sonra ilk dəfə GÖRÜŞDÜ

163962

İran və Misir prezidentləri şənbə günü Səudiyyə Ərəbistanının paytaxtında son 45 ildə ilk dəfə görüş keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İbrahim Rəisi ilə Əbdülfəttah əs-Sisi arasında keçirilən görüş İranda 1979-cu il İslam inqilabından sonra iki ölkə prezidentləri arasında ilk görüş olub.

Raisi görüşdə “İslam ölkələrinin birliyinin zəruriliyini” vurğulayıb.

İran prezidenti Qəzza hadisələri ilə bağlı Qahirədə keçirilən son sülh görüşünü müsbət təşəbbüs kimi qiymətləndirib.

Sisi Fələstin məsələsində Misirin bu problemin nəticələrindən ən çox əziyyət çəkən ölkə olduğunu bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO