Şəkidə ev YANDI

Şəkidə ev YANDI

Hazırda oxunan: Şəkidə ev YANDI

163931

Noyabrın 11-də səhər saatlarında Şəkinin eyniadlı yaşayış məntəqəsində yanğın hadisəsi baş verib. İlkin məlumatlara görə yanğına elektrik naqilindəki qısa qapanma səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən səhər saat 05:40 radələrində rayonun Şəki kəndində Vasif Nəzir oğlu Əhmədova məxsus, ümumi sahəsi 135 km olan kürsülü birmərtəbəli 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şəki ilə yanaşı Yevlax rayonundan da yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Fərdi yaşayış evinin 90 km-lik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Həyata keçirilən yanğınsöndürmə tədbirləri nəticəsində Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Baş verən hadisə müvafiq orqan tərəfindən araşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO